Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan koronavirusla mübarizədə liderlər sırasındadır - Əli Həsənov
2242
08 Aprel 2020, 12:10
 Şükürlər olsun Allaha ki, bu xəbər bütün yerli və müvafiq xarici informasiya vasitələrinin bəşəri bəla olan koronavirusla mübarizə tədbirlərinin dünyadakı nəticələri ilə bağlı verdikləri məlumatın əsas başlıqlarından birinə çevrilib.
 Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, koronavirus pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri effektli izolyasiya tədbirlərinin görülməsi, əhali arasında geniş müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilərək müalicəyə cəlb olunmasıdır.
 Şükürlər olsun ki, bizim ölkədə bu xəstəliyin sürətlə və geniş yayılma ehtimalını nəzərə alaraq, COVID-19-la bağlı ölkəxarici və ölkədaxili izolyasiya tədbirləri dərhal və effektli formada tətbiq olundu, şübhəli insanların təcrid olunması və müvafiq testlərin keçirilməsinə xüsusi diqqət yetirildi və dövlət səviyyəsində digər qabaqlayıcı təxirəsalınmaz addımlar atıldı. Bununla yanaşı yoluxan insanları təcrid etmək və onarın kontaktda olduğu şəxsləri müəyyənləşdirmək istiqamətində də çox opertiv iş təşkil olundu.

 Görülmüş effektli tədbirlər ölkə miqyasında infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırdı və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. Ölkə başçısının qəbul etdiyi kifayət qədər operativ və effektli qərarlar və onun tapşırığı ilə NK yanında operativ qərargahın həyata keçirdiyi təsirli tədbirlər bu gün ölkə üzrə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində lazımi effektli nəticələrini verməkdədir.
 Hazırda Azərbaycanda virusa yoluxmuş vətəndaşlarımızın xüsusi izolyasiya şərairində, hər çür texniki imkana malik çoxsaylı səhiyyə müəssisələrində müalicəsi aparılır. Dövlət başçısının qəraqı ilə bir çox səhiyyə müəssisələri üçün vaxtında xüsusi avadanlıqlar alınaraq quraşdırılıb, virusa yoluxan insanların müalicəsi üçün ən yüksək standartlara cavab verən imkanlar yaradılıb. Cənab Prezidetimizin son qərarı ilə, hətta bölgələrdə də neçə-neçə müasir tipli, yeni və müasir diaqnostik avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuş modul xəstəxanalar qurulur.
 Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülən bütün bu operariv tədbirlərin, o cümlədən koronavirusla mübarizəyə səfərbər olunmuş aidiyyatı qurumların- səhiyyə işçilərinin, polis və digər hüquq- mühafizə orqanları əməkdaşlarının, dövlət qulluqçularının və b. aidiyyatı instansiyaların xidmətinin nəticəsidir ki, ölkəmiz koronavirusla mübarizənin effektli nəticəsinə nail olub, virusun daha geniş kütlələr arasında yayılmasının qarşısını effektli formada blokada edə bilib. Əlbəttə, bu işdə əhalimizin də ellikcə səfərbər olunmaq bacarığı və lazımi məqamda milli iradə nümayiş etdirmək qabiliyyəti öz rolunu oynamışdır.
 Dəyərli soydaşlar, əziz dostlar! Azərbaycanın koronavirus adlı bəşəri bəla ilə mübarizədə qazandığı həlledici məqam bundan sonra da bizim hər birimizin vətəndaş məsuliyyətindən, milli əzm və iradəmizdən asılı olacaq. Əgər bizim hər birimiz bu ümummilli işdə dövlətin qəbul etdiyi qərarların icrasına əlimizdən gələn köməyi göstərməsək, öz üzərimizə düşən vəzifələri yerinə yetirməsək, nə dövlətimizin gücü və qüdrəti, nə dövlət başçısının qəbul etdiyi ən effektli və operativ qərarlar, nə də ki, aidiyyatı qurumların neçə həftədir ki, nümayiş etdirdiyi gərgin fəaliyyət gözlənilən əsas nəticələri verməyəcəkdir. Bizdən tələb olunansa sadə bir istəkdir: "virusa yoluxub xəstəxanaya düşməkdənsə, evdə qal- sağlam ol”.