Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan filmləri Seulda
228
15 Oktyabr 2019, 17:51
  Koreya Fondunun təşkilatçılığı, ölkəmizin Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə Azərbaycanın 3 filmi "Qlobal film həftəsi” çərçivəsində Seulda nümayiş olunacaq.
 
 

  Səfirlikdən AZƏRTAC-ın müxbir məntəqəsinə verilən məlumata əsasən, oktyabrın 16-da rejissor Rövşən İsaxın "Aktrisa”, oktyabrın 23-də "Arşın mal alan”, oktyabrın 30-da isə rejissor Asif Rüstəmovun "Axınla aşağı” filmi Koreya Fondunun Qlobal Mərkəzində yerli kinosevərlərə təqdim olunacaq.