Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan Avropa şairlər festivalında təmsil olunacaq
376
25 Aprel 2018, 15:27
 Şair Qismət Rüstəmov gələn ay ölkəmizi Avropa şairlər festivalında təmsil edəcək.
 
 
 
 "Avropa şairlər baharı” adlı poeziya festivalı 3-5 may 2018-ci il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək. 
 Qismət Rüstəmov mətbuata açıqlamasında deyib ki, bu festivala AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun tövsiyəsi ilə dəvət alıb. Şair həmçinin bildirib ki, festival yeni ədəbi əlaqələrin qurulması, şeir eşitmək, şeirimizi eşitdirmək baxımdan səmərəli olacaq.
Sim-sim.az