Biz imzaları yox, əsərləri dərc edirik...

Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək
373
13 Fevral 2020, 14:05
  Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət Xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiləcək.
 
 

  Bu barədə AZƏRTAC-a Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov məlumat verib.
  Onun sözlərinə görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fonunun təşkilatçılığı ilə reallaşacaq.
  Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışılacaq.
  Tədbirdə hər kəsin iştirak etmək imkanı var.