Biz imzaları yox, əsərləri dərc edirik...

“Arqument” filminin premyerası
577
28 İyul 2020, 15:28
 Amerikanın "Warner Bros” kinostudiyası rejissor Kristofer Nolanın ekranlaşdırdığı "Arqument” (Tenet, 2020) filminin premyerasını avqustun 26-a təyin edib.
 AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə kinostudiya özünün "Twitter” səhifəsində yazıb.
Kinostudiya IMAX kameraları ilə çəkilən ekran əsərinin seansına biletlərin yaxın zamanlarda satışa çıxarılacağına söz versə də gününü təyin etməyib.

 Kristofer Nolanın bu yeni əsəri dünyanı xilas etməyə çalışan agentdən bəhs edir. Baş rolları Robert Pattinson və Con Devid Vaşinqton canlandırıb.
 Qeyd edək ki, ilkin olaraq filmin nümayişi iyulun 17-nə nəzərdə tutulmuşdu. Ancaq sonradan pandemiya ilə əlaqədar olaraq bir neçə dəfə təxirə salındı. Bundan öncə filmin debütü iyulun 31-nə, sonra isə avqustun 12-nə təyin edilmişdi.