Biz imzaları yox, əsərləri dərc edirik...

Anar ilə Daşkənd Dövlət Universitetində görüş keçirilib
427
13 Avqust 2018, 09:42
  Daşkənddə keçirilən "Klassik və müasir özbək ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılmasının aktual məsələləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib.
 
 

  AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın tanınmış şair və yazıçıları, universitetin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
  Görüşdən əvvəl Anar və digər qonaqlar böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyublar.
  Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid tədbiri açaraq Anarın həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Özbəkistanda kitablarının dərc olunduğunu bildirib, onun son illərdə Daşkənddə iki kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb.
  Yazıçı Firuz Mustafa Anarın əsərlərinin məziyyətlərindən danışıb, onun ancaq keçmiş SSRİ məkanında deyil, dünyanın əksər ölkələrində tanındığını vurğulayıb. O, Anarın Özbəkistanda çap edilən əsərləri haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
 
 
 

  Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və digər çıxış edənlər Azərbaycan yazıçıları arasında Anarın Özbəkistanda daha populyar olduğunu bildirib, onun əsərlərinin bu ölkədə çox sevildiyini qeyd ediblər.
  Azərbaycan yazıçıları konfrans çərçivəsində qədim Səmərqənd şəhərində də olublar.