Biz imzaları yox, əsərləri dərc edirik...

“Almaz” yenidən səhnədə...
172
18 Aprel 2019, 11:25
  Aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Cəfər Cabbarlının "Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.
 
 

  AZƏRTAC xəbər verir ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.
Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunu Əməkdar artist Məsmə Aslanqızı canlandıracaq.
 
 

  Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov , Kazım Abdullayev, Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova, Mətləb Abdullayev, Vüsal Məmmədov və Ənvər Məmmədli ifa edəcəklər.
Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.