Biz imzaları yox, əsərləri dərc edirik...

Alim Qasımov və Fərqanə Qasımova Londonda çıxış ediblər
235
16 Noyabr 2018, 11:38
 Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Londondakı "Sadler Wells” Teatrında konsert proqramı ilə çıxış ediblər.
 
 
 
 

 AZƏRTAC xəbər verir ki, teatrlaşdırılmış konsert proqramı xoreoqraf Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operasına uyğunlaşdırılıb.
 Mark Morris rəqs qrupunun və "İpək Yolu” ansamblının qatıldığı konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifaları sürəkli alqışlarla qarşılanıb.
 Teatrlaşdırılmış konsert proqramı noyabrın 17-dək davam edəcək.

 Aynurə Tağıyeva
 AZƏRTAC-ın xüsusi müxbiri
 London