Biz imzaları yox, əsərləri dərc edirik...

“Ağlama, qələm eşidir”in imza günü keçiriləcək
302
10 Avqust 2018, 09:44
  Tanınmış şair İlham Qəhrəmanın "Qanun” nəşrlər evində yenicə çapdan çıxmış "Ağlama, qələm eşidir” şeirlər kitabının imza günü keçiriləcək. Tədbir 17 avqust 2018-ci il tarixdə saat 15:00-da Sumqayıt şəhərində yerləşən "ZƏKA” Kitab Evində olacaq. Sumqayıtlı oxucular həmin gün mağazadan şairin kitabını alıb müəllifin özünə imzalatdırmaq fürsəti qazanacaqlar.
 
 
 
  Eyni zamanda kitabsevərlər mağazadan şairin "Sevgi durna çırağıdır” və regional folklor seriyasından toplayıb tərtib etdiyi "Laçın lətifələri” kitablarını da əldə edə biləcəklər. "ZƏKA KİTAB EVİ” C.Cabbarlı küçəsində – 45-ci məhəllə ilə 4-cü mkr. arasında yerləşir.