Biz imzaları yox, əsərləri dərc edirik...

Akademik Milli Dram Teatrı da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
516
26 Mart 2020, 10:43
 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.
 Teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov AZƏRTAC-a bildirib ki, mədəniyyət ocağının rəhbərliyi və kollektivi adından martın 25-də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib. O, rəhbərlik etdiyi teatrın kollektivi adından koronavirusdan əziyyət çəkən insanlara şəfa diləyib və insanları özünü qorumağa, dövlətin müəyyən etdiyi qaydalara ciddi əməl etməyə çağırıb:
 
 

 "Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora olan ianələr bizim birliyimizin, həmrəyliyimizin göstəricisidir. Bu, dövlətimizin öz vətəndaşlarının sağlamlığına böyük qayğısının bariz nümunəsidir. Həmvətənlərimiz ianələr etməyə, xəstələrə maddi və mənəvi yardımlar göstərməyə böyük istəklə qoşulurlar. İnanıram ki, dövlətimizin böyük köməyi, vətəndaşlarımızın həmrəyliyi nəticəsində bu pandemiyadan əziyyət çəkən insanlarımız tezliklə öz sağlamlıqlarına qovuşacaqlar”.