Biz imzaları yox, əsərləri dərc edirik...

Ağıl dəryaları
197
23 May 2018, 17:37
  İnsanın ən çox diqqət çəkən, araşdırılan xüsusiyyətlərindən biri ağıllılığıdıdır. Zəka, beyin, ağıl dəryası hesab edilən insanlar üzərində yüz illərlə araşdırmalar aparılıb, bununla bağlı kitablar, milyonlarla elmi məqalələr yazılıb. Bəs, ağıl dəryası insanlar adi insanlardan nə ilə fərqlənirlər? Onları necə ayırd etmək olar?
 
 

  "Flavorwire”da yer alan məqaləni təqdim edirik.
  · Onların maraqları tükənmir. Adi insanlara bəsit gələn hadisələri uzun müddət izləyir, xırdalıqlarının fərqinə varıb təəccüblənirlər. Uşaqlıqdakı maraqları yetkinlik dövründəki təcrübələri, seçimləri ilə birbaşa əlaqəli olur.
  · Başqalarının baxışlarını, dəyərlərini açıqfikirliliklə qəbul etməyə, ona adekvat şərh verməyə meyillidirlər.
  · Məntiqi məsələlərdə daha üstün nəticələr göstərirlər.
  · Daha çox öz təcrübələri əsasında yaşamağı və danışmağı üstün tuturlar. Düşünmədən hərəkət etmək əsla onlara xas deyil.
  · Təkbaşına düşünməyi üstün tuturlar. Zəka göstəriciləri nə qədər yüksəkdirsə, insan bir o qədər təkliyə meyillidir. Sosiallaşmaq onlara heç bir üstünlük vəd etmir.
  · Problemi əsla görməzdən gəlmir, onu həll etmədən növbəti mərhələyə keçmirlər.
  · Deyilən sözləri, hərəkətləri, özünə və çevrəsindəkilərə qarşı atılan addımları dərindən analiz edirlər.
  · Komediya ustalarının çoxu elmi testlərdən yüksək nəticələr göstərirlər.
  · İctimai yerdə əsla olduqları kimi davranmır, özlərini mühitə uyğunlaşdırırlar.
  · Hər zaman təcrübələrini rəhbər tuturlar.