Yolu
Holokastdan Macarıstana uzanan, dəfələrlə ölkəsindən sürgün edilən, dünya
fəlsəfə tarixinə, xüsusilə estetika məfhumuna yeni ideyalar vermiş filosof
Agnes Heller istirahət məqsədilə getdiyi Balaton gölündə ölü tapılıb.

Tanınmış
filosof-tərcüməçi-yazarın ölüm xəbərini mətbuata oğlu Georqi Feher təsdiqləyib.
"nytimes”-da yer alan xəbərə görə, Heller istirahətə həmkarı Cudis
Fraydlenderlə gedib: "Agnes 12 yaşından bəri üzgüçülüklə məşğul idi. Mən onun
kimi peşəkar üzgüçü tanımıram. Uzun müddət qayıtmadığını görəndə belə
həyəcanlanmadım, fikirləşdim ki, hər halda çıxıb. Sonra sahildə çaxnaşma düşdü.
Agnesin cansız bədəni suyun üzündə sahilə tərəf gəlirdi”.
Filosofun
ölüm səbəbi hələ ki, məlum deyil.
Elcan Salmanqızı