Artkaspi.az saytı Orxan Saffarinin yazısını
təqdim edir:

Azərbaycan
ədəbiyyatında onlarla
Qarabağ haqqında romanlar, hekayələr, şeirlər vardır ki, onların da bir
çoxundan xəbərdarıq.
Onu da deyə bilərik ki, bu
mövzu haqqında çox-çox əvvəllər də yazlmışdı. Məsələn, Xanlıqlar dövrünə
nəzər salsaq Qarabağda kimlərin gözünün olduğunu görə bilərik. Ona görə də bu
mövzu zaman-zaman ədəbiyyatda öz yerini tapmışdır.
Mirzə Fətəli Axundzadənin,
Cəlil Məmmədquluzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Səid Ordubadinin, Mirzə
Ələkbər Sabirin və. sairə bir çox ziyalılarımız əsərlərində, şeirlərində bu
mövzular, daha dəqiq desək ermənilərin məkri göstərilmişdir. Sovet dövründə
bunlar nə qədər ört-basdır olunmağa çalışsa da, tarix heç nəyi unutmadı.
Azərbaycan ədəbiyyatında qeyd
etdiyimiz kimi bir çox əsərlər vardır Qarabağ mövzusunda.
Elçin Hüseynbəylinin
"Əsirlər", Sabir Əhmədlinin "Ömür urası", Elçinin "Bayraqdar", "Qarabağ
şikəstəsi", Əlibala Hacızadənin "Möcüzə", Aqil Abbasın
"Dolu", Mövlud Süleymanlının "Erməni adındakı hərflər",
Hüseynbala Mirələmovun "Xəcalət", Şərif Ağayarın "Haramı"
və. sairə və ilaxır sadalamadığmız əsərlər. Hansı ki, hər biri Qarabağ
problemlərindən, məsələlərdən, müharibədən bəhs edir.
Bu əsərlərin hər birini
oxuduqca o günlərin nə qədər ağrılı-acılı olmağı, çətinliklərin, dəhşətlərini
baş verməsini açıq-aşkar görürük. Hansı ki, o günləri görməyənlər belə
dəhşətə gəlir, başımıza gələn bu vəhşilikləri lənətləyir. Yazıçılarımızın bu
mövzuya xüsusi qayıtmaları, yazmaları tarixi unutmamaq və gələcək nəsilləri də
olanlardan xəbərdar etmək mahiyyəti
daşıyır.
Mən özüm
Qarabağ bölgəsindən olsam da, yaşım o günləri görməyə yetmədi. Amma o günlərin
canlı şahidlərinin dilindən eşitdiklərim içimdə daim yer edib. Toydan qayıdan
yaxınlarının maşındaca güllənməsi, körpələrin yandırılması və.s dilə
gətirilməsi çətin olan nə qədər ağır hadisələr. İnsan necə dözsün?!
Vidadi Babanlının "Ana
intiqamı" povestini oxumuşdum. Qumru adlı müəllimənin timsalında müharibə vaxtı
oğlunu itirən anaların fəryadı, hayqırtısı duyulur. Povestə yazılmış təkcə bu hissə hər şeyi
apaydın ortaya qoyur;:"Mən
daha Allah, Peyğəmbər tanımıram. Bundan sonra heç tanımaq, bilmək də istəmirəm.
Əgər Allah doğrudan da Allah olsaydı, rəhmi, ədaləti, siz deyən kimi,
aşıb-daşsaydı, yaxşını yamandan seçsəydi, bu qədər zülmü, zilləti mənə
verməzdi. Dərd üstündən dərd gətirib qan uddurmazdı".
Təbii ki bu sözlər dözülməz
dəhşətlərin nəticəsidir Tanrıya üsyan.
Sizlərə ömür, babam danışırdı
ki, qəfildən baş verən bu qanlı hadisələr insanları şoka salmışdı. Bir andaca
adamları öldürməyə başladılar, qabaqlarına keçən hər şeyi dağıtmağa başladılar.
Sabir Əhmədlinin "Ömür urası" romanı var. Romanın
əsas obrazı Cəbrayıla, müharibədən əvvəl tikdirdiyi evinin ziyarətə gedib doğma
rayonuna qayıdanda kəndi tamamilə dağıdılmış vəziyyətdə görür. Ermənilər kənddə
qalan bütün evləri yandırıb dağıtmışdılar.
Aşağı yuxarı Qarabağ mövzusunda
yazılmış bütün əsərlərdə erməni vəhşiliyi, onların həqiqətəndə bizim başımıza
gətirdiyi faciələr tamlıqla təsvir olunur.
Elçin Mehrəliyev "90-cı illər
romanın"da olduğu kimi. Bir ailə
dramı təsvir olunan bu romanda digərləri kimi hər şeyi olduğu kimi bizlərə
çatdırır.
Əsərdəki obrazlar Qəmzə Abbas qızı,
onun oğlu Sarı Məhəmməd, gəlini Zəriş, Mətləb müəllim, Kamal, Hüsnübanudan
ibarətdir.
Ermənilərin hücumu zamanı həlak olan
ailə. Müəllif bu romanda düşmənin basqını zamanı ailənin göstərdiyi dirəniş,
qəhrəmanlığı təsvir edib. Qəmzə Abbas qızının tüfəngdə olan son güllə ilə
düşməni öldürməsi və ələ keçməmək üçün özünü öldürməsi, bir Azərbaycan
qadınının, ümumilikdə azərbaycanlı obrazıdır. Eləcə də Kamalın erməniyə əliyalın
hücum etməsi, onlardan birini öldürməsi də Azərbaycan kişisinin mərdliyini,
qürurunu göstərir. Digər bildiyimiz əsərlərdə göstərildiyi və olduğu kimi bu
romanda da erməni naqisliyi görünür. Ailənin yaxın qonşusu erməni
"Samvel" öz vicdansızlığını
burada da göstərir. Kamalın gözlərini çıxartması, qulaqlarını kəsməsi, ən sonda
isə başını bədənindən ayırması düşmənin kim olduğunu çatdırır. Bundan sonra da
baş verən digər hadisələr də sadalağımız hər şeyi ortaya qoyur.
Çağdaş ədəbiyyatımızda bu mövzuda
yazılan əsərlərdən biri də hamımızın bildiyi "Dolu" romanıdır.
Müəllifi də Aqil Abbasdır.
Digər müharibə mövzusunda olan
əsərlərdəki kimi bu əsərdə də müəllif özünəxas şəkildə azərbaycanlıların
müharibə vaxtı etdiyi qəhrəmanlıqları, düşmən naqisliyini qələmə almışdır.
Ta 90-cı illərin əvvəllərində
cəbhədəgedən döyüşlər, baş verən hadisələrin fəsadları və.s kimi başqa bir çox
məsələlər romanın əsasını təşkil edir.
Müəllif bu romanda Azərbaycan
kişisinin nə qədər mərd, əzmli, xarakterli olduğunu göstərir. Roman əsasında
çəkilmiş filmi də bilirik. Məsələn, dediyim xüsusiyyətləri erməni qızını əsir
götürən əsgərlərdən biri qızın zorlanmasına imkan vermir və öz komandirinə "mən
arvad davası yox, torpaq davası eliyirəm" hissəsində aydın şəkildə görə
bilərik. Amma ermənilər belə idimi? Əlbəttə yox.
Müasir yazıçılarından biri olan
Şərif Ağayar "Haramı" romanında da müharibə zamanını görən insanların
içindəki ağrını göstərmişdir. Roman əsasən
Rüstəm obrazının dilindən qələmə alınmışdır. Müəllif əvvəlcə haramı haqqında
danışır, bu düz haqqında müxtəlif rəvayətlərdən söz açır. Romanda Qarabağ müharibəsini yaşayanlar öz
yurd-yuvalarından perik düşmüş adamlardır. Rüstəm və onun qardaşı İdris obrazı
da belələrindəndir. Kasıb bir insan, qaçqın olan Rüstəm elə də yaxşı yaşaya
bilmir. Tez-tez problemlər yaşayır. Səməndər obrazı isə onu ailəsi ilə birlikdə çobanlıq etmək
üçün Haramı düzündəki mülkünə aparır. Səməndər də əsərin əsas qəhrəmanlarından
biridir. Mərd, cəsur bir adam olan Səməndər həm də qaçaqdır. Özü Laçından olsa
da müharibədən sonra Füzulidə-Haramıda məskunlaşmışdır. Səməndər obrazının nə
qədər mərd olduğunu isə adicə kiçik bir hissədən – Kəlbəcərdən gələndə qız-gəlinin əsir düşməməsi
üçün maşınlar göndərməsindən bilmək olar. Əsər boyu Səməndər obrazını oxucular
daha yaxşı tanıyır. O cür mərd, cəsur, xarakterli bir obrazın-Səməndərin qadın
əlində acizliyini də görürük.

Ümumiyyətlə, bütün bunlar və qeyd
etmədiyimiz digər hadisələr Qarabağ müharibəsini, dəhşətlərini, yaşantıları,
hissləri və. sairə bu kimi digər nəsnələri göstərir. Və düşünürəm ki,
Azərbaycan ədəbiyyatında bu cür romanlar, bu mövzular daim yazılmalı və heç
vədə unudulmamalıdır.