Biz imzaları yox, əsərləri dərc edirik...

“Açıq kitabxana” layihəsi Qazaxda
332
24 May 2018, 16:14
  "Açıq kitabxana” layihəsi çərçivəsində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Yuxarı Salahlı kənd 1 və 2 nömrəli kitabxana filialları tərəfindən sərgi keçirilib.
 
 
 

  Kitabxananın direktoru Solmaz Babanlı AZƏRTAC-a bildirib ki, tədbirin məqsədi kitabxanalara yeni oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaqdır. Sərgilənən kitablar "Tarixin azərbaycanlı dahisi”, "Azərbaycan tarixi”, "Uşaq ədəbiyyatı”, "Yeni kitablar”, "2018-ci il Azərbaycan Xalq Cumhuriyyəti İli”, "Şəhidlər ölməz, vətən bölünməz” mövzularında qruplaşdırılıb. Oxuculara açıq havada kitab oxumaq, habelə kitabxanaya üzv yazılmaq imkanı yaradılıb.
  İştirakçılar tədbir barədə fikirlərini bildirərək vurğulayıblar ki, mütaliə hər bir insanın həyatında önəmli yer tutur, onun dünyagörüşünün formalaşmasında, peşə vərdişlərinin əldə olunmasında böyük rol oynayır. Bu baxımdan tədbir olduqca maraqlı keçib.
 
 
 

  Qazax rayon MKS-nin 1 nömrəli filialının müdiri Tamam Cəfərova çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməsinin və oxucu sayının artmasına stimul verən bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib. Tədbir zamanı kitabxanaya xeyli sayda yeni oxucular üzv yazılıb.
   Sonda fəal oxucular Ulu Öndərə, Azərbaycana, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.