Biz imzaları yox, əsərləri dərc edirik...

Abdulla Şaiqin Mənzil Muzeyində Xocalı faciəsinə həsr edilmiş tədbir
504
18 Fevral 2020, 16:41
 22 fevral 2020-ci il saat 12:00-da Abdulla Şaiqin Mənzil Muzeyinin və Nəriman Nərimanovun Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilmiş "Soyqırım” adlı tədbir keçiriləcək. Tədbir Nəriman Nərimanovun  Xatirə  Muzeyində  baş tutacaq.
 Tədbirə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, Bakı şəhərində yerləşən muzeylərin, Abdulla Şaiq adına Uşaq Kitabxanasının, Şövkət Ələkbərova adına Mədəniyyət Evinin əməkdaşları, Xətai rayonu UPD qəsəbəsinin 58 saylı tam orta məktəbinin müəllim və şagirdləri və KİV nümayəndələri dəvət olunublar. 

 
 
 Tədbiri giriş sözü ilə Nəriman Nərimanovun  Xatirə  Muzeyinin direktoru Kamilə Hüseynova açdıqdan sonra Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə danışacaq. Ardınca Nəriman Nərimanovun  Xatirə  Muzeyinin elmi işçisi Rəna Qəhrəmanova, Abdulla Şaiqin Mənzil Muzeyinin elmi işçisi Arzu Tarverdiyeva, Şövkət Ələkbərova adına Mədəniyyət Evinin direktoru Cabar Süleymanov, Xətai rayonu UPD qəsəbəsinin 58 saylı tam orta məktəbinin direktor müavini və digər qonaqlar çıxış edəcəklər. Tədbirdə eyni zamanda Xətai rayonu UPD qəsəbəsinin 58 saylı tam orta məktəbinin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim edəcəklər. Gənc istedadların ifasında musiqi nömrələri səslənəcək. Sonda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdiriləcək. Tədbir iştirakçıları Xocalı faciəsinə həsr edilmiş "Ana fəryadı” abidəsini ziyarət edəcəklər.