Biz imzaları yox, əsərləri dərc edirik...

Abdulla Şaiqin 136-cı ildönümü keçiriləcək
770
22 Fevral 2017, 12:03
  23 fevral 2017-ci il saat 12:00-da dünya şöhrətli ədib, görkəmli Azərbaycan şairi, yazıçısı, dramaturqu, pedaqoqu Abdulla Şaiqin anadan olmasının 136-cı ildönümü ilə əlaqədar I Fəxri Xiyabanda məzarı ziyarət ediləcək.  
  Tədbirə bir sıra xatirə muzeylərinin əməkdaşları, filoloqlar, Abdulla Şaiq adına 54 saylı orta məktəbin müəllim və şagirdləri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Abdulla Şaiq adına kitabxananın, Azərbaycan Pedaqoji Universitetinin və Azərbaycan Menecment və Turizm Universitetinin kollektivləri, KİV nümayəndələri dəvət olunublar. 
 Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açacaq. Daha sonra muzeyin böyük elmi işçisi Arzu Hacıyeva çıxış edəcək və gələn qonaqlara da söz veriləcək. Anım mərasimində 54 saylı məktəbin şagirdləri, ATMU-nin tələbəsi Eyvaz Elisoy Şaiqin əsərlərindən nümunələr təqdim edəcəklər.
Tədbirin keçirilməsində əsas məqsəd Abdulla Şaiqin doğum günündə ədibin əziz xatirəsini yad etməkdir.