Biz imzaları yox, əsərləri dərc edirik...

5 maddədə produktivlik
370
16 May 2018, 17:33
  Ötən həftələrdə sizə mütaliəyə sevgisi ilə tanınan "SpaceX”-in qurucusu, "Tesla” şirkətinin sahibi Elon Maskın sevimli kitablarından ibarət siyahını təqdim etmişdik. Üç ay öncə kosmosa "sport” model avtomobil daşıyan raket göndərmiş uğurlu biznesmen tabeçiliyində işləyənlərə xüsusi diqqət göstərməsi ilə seçilir. Belə ki, tez-tez işçilərinə motivasiyaedici məsləhətlər verən Mask bu dəfə gündəmə "produktivliyi təmin etməyin yolları”nı açıqladığı məktubu ilə gəlib. 
 

 
  "İndependent”ə bağlı "indy100” internet dərgisində yer alan xəbərə görə, beş maddəli məktubda biznesmen bütün işçilərinə səmərələri məsləhətlər verib.
  1. Tez-tez keçirilən iclaslardan qaçın – Böyük şirkətlərdə tez-tez təşkil edilən belə iclaslar bir müddət sonra əvvəlki kimi səmərəli nəticələr göstərmir. Müəyyən zaman sonra isə hamı masa ətrafında məcburi oturduğundan işlər daha da pisləşir. Əgər bu iclaslar iştirakçılara və şirkətin mənafeyinə müsbət təsir göstərmirsə, ya sayını azaldın, ya müddətini qısaldın.
  2. Bir iclasda işiniz bitdisə çıxın. Konfransı tərk etmək qeyri-etik deyil, orada oturub həm öz, həm də başqasının zamanını boşuna sərf etməsinə səbəb olmaq qeyri-etikdir.
  3. Abreviaturadan istifadə etməyin. Əgər istifadə etdiyiniz səfeh qısaltmalara açıqlama verəcəksinizsə, onu elə bəri başdan işlətməyin. Birmənalı şəkildə açıqlama tələb edən hər şey ünsiyyətə mane olur.
  4. Əmrlər zənciri vasitəsi ilə ünsiyyət qurmayın. İşin sürətlə irəliləməsi üçün ən qısa yoldan getmək lazımdır, bir-birini əvəzləyən əmrlər vermək yox.
  5. Müşahidələrinizə, hisslərinə güvənin. Əgər müəyyən bir situasiyada şirkətin tələb etdiyi qaydanı tətbiq etmək sizə Dilbert karikaturası kimi səfehcə gəlirsə, o qaydanı dəyişin.
  Hazırladı: Elcan Salmanqızı