Biz imzaları yox, əsərləri dərc edirik...

44 günün əfsanəsi - Almaz Ülvi yazır
485
18 Fevral 2021, 13:15
 Artkaspi.az saytı Almaz Ülvinin "44 günün əfsanəsi” adlı yazısını təqdim edir:

Həyat üçün doğulmuşuq,
Vətən  üçün  ölməliyik!
Ülvi Bünyadzadə
 
 "Qarabağ Azərbaycandır və nida!” –Qarabağı düşmən işğalından azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev belə bir şüarla səfərbərlik elan etdi və Qarabağa doğru yola başladıq!
İkinci Qarabağ Vətən Müharibəsinə başlamaq üçün 2020-ci ilin27 sen­tyabr günü qəflətən seçilmədi. Bu günə 30-32 ili arxa­da qoyan dərd-ələm dolu illəri ağır addımlarla gəlmişdik. Nə edəcəyimizi, necə edəcəyimizi düşünürdük. Tarix boyu türk sınan, əyilən, məğlub xalq olmayıb. Zaman fürsətini, mə­qa­­mını gözləməyi də bilən, səbr sahibi olub, kəmfürsət olma­yıb, haqq meydanına cəsarətlə Kişi kimi girib, qalib olaraq çıxıb.Düşmən bir olsa idi, onun başını bir göz qırpımında əz­mək Azərbaycanüçün çətin iş deyildi. Amma görünməyən düşmənləri, ilana ağı ve­rən əqrəbləri, ağır hərbi texnikanı, raketləri, silah-sursat alıb-satanları, insanlıq nə olduğunu bil­mə­yən kəsləri dərdimizə bükülüb kə­nar­dan müşahidə edirdik. Çünki zamana ehtiyac vardı.
 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başla­ya­raq tariximizin şərəfli səhifələrinə yazılacaq Aprel döyüşlə­ri (Aprel müharibəsi və ya Dördgünlük müharibə) ağrılarını ya­şa­dıq. Sonra uzaq yerdən gələn ağır təzyiqlər qarşımızı kəsdi.
 2020-ci ilin may ayının 8-də Ermənistan baş naziri Nikol Paşinyanın qədim Xankəndimizə gələrək "Qarabağ Ermənis­tandır və nöqtə” deməsinin, bu azmış kimi qədim Şuşa şəhə­ri­mizdə yallı getməsinin cavabını vermək üçün zamanı daha bir neçə il uzatmağa ehtiyac qalmamışdı.2020-ci il 12 iyul tarixində Ermənistan – Azərbaycan döv­lət sərhədində Tovuz rayonu əraziləri boyunca başlayan dö­yüşlər, hadisələrin ikinci günü general Polad Həşimovun düş­mən gül­lə­sinə tuş gələrək şəhid olması insanları bir nəfər kimi ayağa qaldırdı. Yəni, artıq öyrəşdiyimiz atəşkəs pozul­masından gene­ral da öldürülərmi? General Polad Həşimovun şəhid olması xəbəri ildırım sürəti ilə bütün Azərbaycana, bizi istəyən dost və istəməyən ölkələrə yayıldı. Az sonra Müdafiə Nazirliyi tərəfindən elan edildi: "2020-ci il 14 iyulda Tovuz istiqamətində gedən döyüşlərdə 11 şəhidimiz olmuşdu. 14 iyul qanlı hadisələri hər kəsdə qəti olaraq səfərbərlik duyğusu oyat­dı. Insanları sakitləşdirmək mümkün deyildi. Ha­mı "Qara­bağ! Qarabağ! Qara­bağ!” deyərək intiqam hissinə bə­lənmişdi. Heç kimin gözü başqa şey görmür, könlü başqa şey duy­murdu.Budur, 27 sentyabr 2020-ci il. Həmin  günün səhəri Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti oldu: "Bu gün səhər Ermə­nistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artille­ri­ya­dan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqe­lərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yara­la­nanlar var. Allah şəhid­lərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür ...”. Ali Baş Komandanın xalqa müraciətini insanlar ayaqüstə qarşıladı. Axır ki! Axır ki, o məqam çatmışdı. Çünki xalqın səbr kasası daşıb yeri-göyü başına almışdı. Sanki qılıncı qınından sıyırıb düşmənin bağrına saplayacaq qədər ani məqam yaranmışdı. Ona görə də bu çağırış, bu müraciət bir udum su kimi ciyərlərə sərinlik gətirdi. Baxmayaraq ki, adı Müharibə idi. Müharibə ölüm-itim, da­ğın­tı, göydən od ələnmək deməkdir, İllahdakı indiki hərbi texnikaların şəklini qəzetlərdə, kitablarda görəndə adamın bağ­rı yarılır. Amma bu dəfə, artıq bıçaq sümüyə dirənmişdi. Qara­bağ torpağı – ana torpaqlarımız uğrunda, ya qazı, ya da şəhid olmalıyıq. Başqa seçim yoxdur. Ali Baş Komandanın bu müra­ciətinə bütün Xalq ayağa qalxdı. Uşaqdan böyüyə, qız-qadınla­rımız, oğullarımız - hamı könüllü olaraq Vətəni işğaldan qur­tar­mağa getmək istədi. Amma Ali Baş Komandanin əmri ilə yalnız müəyyən yaş həddi nəzərə alınan oğullarımız cəbhəyə yollandı. Minlərlə könüllü gənclərimiz geri qaytarıldı, "ehtiyac olarsa, sizi də cəbhəyə göndə­rəcəyik” - dedilər.
 Sanki müharibəyə yox, müqəddəs bir ziyarətə gedirmiş kimi hərbi geyimli igidlərimizi yola saldıq, arxada isə yağış kimi duala­rı­mızla onları Allaha amanatladıq. Şair Emin Piri yazır ki, "muharibəyə yola düşəndə anam basıma xına qoydu”.2-3 gün ötməmiş Müdafiə nazirliyindən ilk xəbər gəldi, düşmən cəbhəboyu hücuma kecib. Ağır döyüşlər gedir. Ayıq - sayıq olmalı, yalnız rəsmi xəbərlərə inanmalı, ciddi duruş nü­mayiş etdirməli, düşmən dəyirmanına su tökməməliyik. Haqq bizimdir, qələbə bizimdir! Tanrı Ordumuzu Zəfərə yetirsin! İşğal altında olan bir sıra kəndlərimiz, hərbi əhəmiyyətli yük­sək­liklərimiz azad olunub. Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndləri Ordumuzun rəşadətli hücumu ilə işğaldan qurtul­du. Tanrı, Ordumuzu müzəf­fər elə! Tökülən qanlar yerdə qal­masın! Əsir yurdlarımıza qovuşaq! Ümid sənədir ancaq, Azər­baycan əsgəri!Müdafiə Nazirliyinin 2 oktyabr 2020-ci il: "Ağdərə isti­qamətində qoşunlarımız Madagiz (sonra bu ad Suqovuşanla əvəz olundu) ətrafındakı hakim yük­sək­likləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbra­yıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qı­ra­raq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub”.Artıq Qələbə soraqlı xəbərləri Ali Baş Komandanın özün­dən eşitmək istə­yir­dik. Sonra, xalqla bir yumruq olan Prezident Tviter xəbərlərinə keçdi. Cana yaxın mənbədən gələn xəbərləri həsrətlə gözlədik: Prezidentdən dalbadal Tviter xəbərləri gəlir: Füzuli bizimdir! Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir!  Qələbə xəbərlərinə o qədər alışdıq ki, bir gün ara verəndə darıxırdıq, hətta çəkinmədən sosial şəbəkə üzərindən Ali Baş Komandana mesaj yazırdıq ki, "cənab Ali Baş Komandan, bir Tviter at, nə olar”. Və bilirdik ki, bu mesajlar oxunur. Axşamüstünə yeni xəbər gəlirdi. Bax, Rəşadətli əsgər­lərimizin qanı-canı bahasına qazanılan bu qələbələr sayəsində Azərbaycan bütöv bir ailəyə, bir yumruğa dönmüşdü. Səmimi, mehriban, inam hissi, torpağa məhəbbət... bir sözlə, bizi ayı­racaq bir şey yox idi. İqtidar-müxalifət yox idi, dünyanın hər yerindəki azərbaycanlılar  - hamı bir idi. Hamının bir dərdi vardı: Torpaqlarımızı işğaldan azad etməliyik, vəssalam!Pakistan Dövlət olaraq yanımızda olduğunu rəsmən bə­yan etdi. Azərbaycandan köçüb İsrailə gedən yəhidilər səsi­mizə səs verdi, rəsmi olaraq bizimlə olduqlarını bəyan etdilər.. Əfqanıstan hökumətindən "yanınızdayıq” – deyə səs gəldi. Ali Baş Komandanin bir cavabı Müharibənin epiqrafı oldu: "Qarabağ Azərbaycandır və nida”.
 
 
 

 Qarabağ Azərbaycandır! Rəşad Məcidin nəvəsi balaca İpəyin şirin dillə söylədiyi "Pəpişyan, möhkəm gizlən səni tapmasınlar” atmacaları belə əhvalımızı xoş edirdi. Bu da İpəyin Tviteri idi. Bu ağır gündə, ölüm-itimli, qan-qadalı günlərdə gülüş dolu atmacalarımızdan qalmadıq, ağlamadıq-sızlamadıq, çünki haqq mübarizəsinə qalxmışdıq. Şuşada yaralı və üst geyimini güllə parçalamış bir gənc üzüyuxarı dağa çıxaraq "Ə, Paşik, bəs deyirdin Cəbrayıla yol çəkirəm,  hanı bəs!” – deməsi ilə o əsgərimizin dərdini bizə unutdururdu, ürək dolusu gülürdük, çünki qanı axa-axa o əsgərdə gülürdü. Çünki torpaqlarımızı işğalçılardan təmizləyirdik.
 Türkiyə isə arxamız, dayağımız idi. Sosial şəbəkələrdə paylaşan "Karabağ´a birgə yürüyelim” devizi ilə Rəcəb Tay­yub Ərdoğanla Prezidentimizin şəkilləri boyaboy yayımlanırdı. Səlcuq Bayraktarın "RUA”ları Xızr kimi imdatımıza yetiş­mişdi. Deyirdilər ki, o PUA-ları alandan sonra şəhidlərimiz az oldu. Az sonra Səlcuq Bayraktar mətbuatda bildirdi ki, "Qələ­bə­də Türkiyənin istehsalı olan milli texnologiyanın rol oyna­ması bizə qürur verir. Amma bu zəfərin əsl sahibləri isə şəhid olan əsgərlərdir”.Bu birliyimiz ox olub düşmənin gözünə batırdı.  Tərtəri, Bərdəni, Gəncəni, ətraf kəndləri erməni ağır hərbi texnikası atəşlə oda qalayırdı. Mülki əhalini gecə yarısı - yatdığı yerdə raket yağışına tuturdu. Bir andaca hər yeri, evləri, ailələri dar­ma­dağın edirdilər. Körpələr ölür, analar, ağsaqqallar, ağbir­çək­lər çarəsiz durumda qalırdılar. 100-dən artıq mülki əhali öldürüldü. Dağılmış evlərin altından çıxaraq üçrəngli bayra­ğını bağrına basıb hadisə yerindən uzaqlaşan insanlar vardı. Türkiyə TV müxbiri Fülya Öztürkün Gəncədəki hadisə zamanı "Bu ölümlərdən, hərbi raket yağışından qorxmursunuzmu?”  -sualına cavab olaraq, "yox qorxmuruq, naoborot qızışıyoruq” - dedilər. Eşidən-bilən bütün dünya əhli Azərbaycan xalqının torpaq eşqinə heyran qalmışdı. Erməni mənbələri cəbhədən xəbər yazdılar: "Biz onları güllə ilə vururuq, yıxılırlar, sonra durub qanları axa-axa üstümüzə gəlirlər və soldatlarımızı öldürürlər. Biz belə şey görməmişik. öldürürük, dirilib ayağa qalxırlar”.Azərbaycan xalqı qələbəni belə qazanırdı. Can verə-verə, can ala-ala. Şəhid olurdular, amma daha da irəli addım­la­yır­dılar. Şuşa qalasını qayalara dırmaşaraq əlbəyaxa döyüşlə qa­zan­dılar. Erməni daşnakları özləri belə bu mənzərələrdən vahi­məyə düşmüşdülər. "Bu müharibə xalqımız üçün Vətən Müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, döyüş meydanın­da tarixi ədaləti bərpa edirik” – Ali Baş Komandanın sözüdür.
Axı erməni əslində kimdir ki? Gürcüstanın lider oğlu Mixail Saakaşvili onların adını çox düzgün yazıb: "Tarixən ermənilər türk­lərin və azərbaycanlıların qulu olublar”. Bir çox dünya liderlər ermənilər kimliyini dəqiq şərh ediblər:
 Əmir Teymur: "Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə məni lənətləyəcəklər” - yazıb.Rus şairi A.Puşkin: "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən” - yazıb. Fransız A.Düma: "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər” – yazıb. Fransız Qraf De Şole: "Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim” - yazıb.İsveç Adam Mets: "Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər” - yazıb.Bax, ermənilər haqqında bütün dünya xalqlarının fikir­ləri belə məzmunda olub. Belə iyrənc məxluqlarla qonşuluq etməyə məhkum olmuşuq, halbuki onların bizim Qafqazdayer-yurdları heç zaman olmayıb.Sentyabrın 27-sindən ta noyabrın 10-na kimi hər günü minlərlə qəhrə­manlıq səhifələri yazıldı. Noyabrın 8-ində səhər saat 11-12 olardı, sosial şəbə­kələrdən xəbər yayıldı ki, Ali Baş Komandan yeni xəbərini birbaşa yayımda deyəcək. Gözlədik, zaman da tez ötmür ki! Nə­hayət, eşitmək istədiyimizi Şəhidlər Xiyabanından səslən­dirdi:Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!Əziz Şuşa, biz səni dirçəldəcəyik!Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbay­candır!
Bir gün sonra yeni bir Tviter xəbəri: bu gün noyabrın 9-u 72 kənd işğalçılardan azad olunub”. Məhz 72 rəqəmi. 72 min dərdin içindən sıyrılıb çıxdığı­mıza işarə rəqəm kimi qəbul etdim.Daha sonrakı gün noyabrın 10-nu gecə yarısı Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində düşmənə qalib gəlməsi, erməni tərəfin ağ bayraq qaldırması elan edildi!Bu 44 günün hər dəqiqəsi bir tarix oldu. Bu 44 günün hər dəqiqəsində bir Azərbaycan Qəhrəmanı kəşf olundu. Bu qəhrəmanlar 1992-ci ildə tərksilah olunmuş Azərbaycan əsgərlərinin balaları idi. 44 günlük İkinci Qarabağ Müharibəsində Qarabağı düşməndən xi­las etməklə yanaşı, həm də atalarının intiqamını aldılar, Xoca­lı­nın intiqamını aldılar, yüzlərlə kəndlərimizdə, Qarabağın hər addımında öldürülən insanlarımızın intiqamını aldılar.Bu 44 gündə Ali Baş Komandan 40 xarici ölkə mətbu­atına müsahibələr verdi, həqiqəti dünyaya birbaşa dedi. Hətta verilən suallar da düşmən niyyətli suallar idi. Lakin cavablar sərrast atılan güllə kimi onların niyyətlərini darmadağın edirdi.44 gündə biz yenidən Simurq kimi doğulduq.
 Bu qələbəni Azərbaycanda yaşayan bütün mil­lət­lər Azərbaycan Xalqı olaraq – qürurlu azərbaycanlı olaraq  Qarabağımızı işğaldan azad  etdik. Bu, Namus davası idi."Qarabağ Azərbaycandır!” zəfəri asan qazanılmadı. 44 günlük Vətən müharibəsinin yeni tarix yazan 2855 qəhrəman oğullarımız şəhid oldular, yüzlərlə yaralımız, o cümlədən itkinlərimiz, əsir düşənlərimiz oldu. Müharibə bu deməkdir.Bura qədər yazdıqlarım Bakıdan müşahidə etdiyimiz, birbaşa hadisələrin içində olduğumuz və ya müşahidə etdiyi­miz gerçəkliklərin bir anıdır. Amma əsil Müharibə Qarabağ torpaqlarında gedirdi. Oğullarımız orada vuruşurdu, oğulları­mız orada yaralanıb, orada şəhid olur, orada əsir götürülürdü, orada min dərəcəlik temperaturada məhv edilirdi. Bunlar birbaşa gözləri qarşısında baş verirdi, iştirakçısı da özləri idi. Amma bir nəfər də fərari olmadı, bir nəfərdə satqın olmadı, bir nəfər də gileylənmədi, hamının bir hədəfi vardı: "Qarabağ şərəfsiz düşmən işğalından azad olmalıdır, vəssalam”. Düş­mən qoyub qaçdığı yerləri – kəndləri, şəhərləri oda qalayırdı. Bir tikili belə salamat qoymadılar, üstəlik hər yeri minala­dılar. Çünki öz tikdikləri deyildi, öz torpaqları deyildi, öz də­də-baba yurdları deyildi. Zəhmət çəkib tikib-qurmamışdı­lar, ona görə də "uf” demədən bütün yurdlarımızı tonqallara çat­dı­lar və kənardan durub seyr edirdilər. İnsan nə qədər quduz­laşar, nə qədər vəhşi olar ki, söz də tapa bilmirəm ki, müqa­yisə edim, ya da bənzədim. Qəbr daşlarına qədər qırıb dağıt­mışdı­lar. Sanki buralardan bir vəhşi qəbilə sürüsü keçmişdi.10 dekabr Bakıda Zəfər Paradı keçirdik. Milyonlarla insanımız küçələrə axışdı: bu Zəfəri bizlərə bağışlayan qazı­ləri, tərxis olunmuş əsgərləri, generalları yaxından görmək üçün. Cənab Ali Baş Komandanı, sayın Rəcəb Təyyub Ərdo­ğanı yaxından görmək üçün. Dünyanı alan pandemiyanı (dün­yada və o sıradan Azərbaycanda tüğyan edən koronavirusu) belə unutduq. "Eşq hər şeyə qalib gəlir” - libasını geyinib Azadlıq Meydanına axışdıq. Bəli, doğrudan da eşq hər şeyə qalib gələrmiş. 10 dekabr 2020-ci il. Bu gün səhər saat 10 tamamdan Zəfər Paradımızı qeyd edəcəyimiz Azadlıq Meydanına doğru getdim. Evimizə çatanda isə saat 18:00 idi. Dünyanın ən gözəl günü.Ömrümə ömür qatılan bir gün yaşadım, yorulmaq yadı­ma düşmədi, evə çatanda hiss etdim. Virus-zad yox idi, hamısı ölmüşdü.Şükürlər olsun Uca Yaradana!Parad çıxışında Ali Baş Komutanım elə müdrik bir söz dedi ki, sanki dünyaya yenidən gəldim: "Zəngəzur, Göyçə, İrəvan bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu tor­paqlarda əsrlər boyu yaşayıb”.Sayın Ərdoğan bizim milli tariximizi elə incəliklə xırda­ladı ki! Meydanda uşaqlıqdan əzbər bildiyim bir Azərbaycan bayatısını dilə gətirdi:
Arazı ayırdılar,
Qan ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar,
Ay Laçın, can Laçın!
Mən sənə qurban, Laçın!
 
 Bir sözlə, gözəl bir gün yaşadım! Şükürlər olsun. Bir facebook (üzkitab) statusuna sığası söhbət deyil”. Küçələrimizdə boyaboy "8 noyabr - Zəfər bayramı” şüarları bəzəyirdi, üçrəngli bayraqlarımızla yanaşı. Məlumdur ki, 10 noyabr tarixi Zəfər Günü elan edilmişdi. Noyabrın 10-nu Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Günü tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib. Dəyişikliyə əsasən hər il noyabrın 8-i Azər­baycan Res­pub­lika­sında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Əziz Şuşamızın azad edildiyi tarixdə.Cəbhədəki hadisələrin hər biri bir gəncin tərcümeyi-halın­dan toxunurdu.  Azadlıq meydanında düşündüm ki, bəs biz nə edək, bu mübarizədə hansı əməyi ortaya qoyaq. Sosial şəbəkədə belə bir elan verdim:  "Qələbə Paradımızdan sonra hər kəs Qarabağ müharibəsi Şəhidindən və Qarabağ müharibəsi Qazisindən - Qəhrəmanından ən azı bir məqalə yazsın, sonra qısa vaxt ərzində kitab kimi nəşr edək (fotoları ilə). Kim neçə səhifə və neçə qəhrəman haqqında yazırsa yazsın. Kitab pulsuz paylanacaq. Belə kitablara ehtiyac var: həm Şəhidlərimizin, Qazilərimizin, Qəhrəmanlarımızın tanınması, həm valideynlərinin könlünü almaq məqsədilə, həm də dərslik kimi (sinifdənxaric oxu kitabı olaraq)(Məqalələr bu e-poçta:2.qarabag.kitab@mail.ru  göndərilsin)” .
 
 

 Cəmi 10 günə 350-dən artıq Qəhrəmanımız haq­qında yazı – məqalə aldım – Şəhidlər, Qazilər, İgidlərimiz haqqında. Davamı isə daxil olur. Belə fikirləşdik ki, Şəhidlərimizin qırx gününə I kitabı nəşr edək, davamını II kitabı isə Novruz bayramında nəşr edərik. Bu məqalələrin hərəsi bir igidin öm­rün­dən bəhs etsə də, əslində hər yazıda döyüş meydanı goru­nür, döyüş əhval-ruhiyyəsinə dolursan, özünü Qarabağ­da, işğal­dan azad olmuş, bizdən ötrü qəribsəmiş Füzulidə, Cəb­rayılda, Zəngilanda, Qubadlıda, Suqovuşanda, Ağdərədə, Şu­şa­da, Ağ­dam­da, Kəlbəcərdə, Laçında görürsən.Körpə Züleyxamızın atası,fateh qəhrəmanımız Cəlal Akimo­vun cəbhədən gündəlik bir kəlmə məlumatı ilə oradakı mənzərəni təsəvvür edirdim. Axı I Qarabağ Müharibəsində özüm də jurnalist kimi bir çox bölgələrə getmişdim. Müharibənin nə demək olduğunu gözümlə cəbhədə görmüşdüm. Hər kəsə dualar edirdim, Cəlala da dua edirdim ki, üzügülər, heç nədən xəbəri olmayan körpə Züleyxa atalı-analı böyüsün. I Qarabağ Müharibəsindən sonra "Müharibə ağrılarım” adlı 545 səhifəlik kitab yazmışdım.
 44 günlük Vətən Müharibəsindəki yaşantılarımızın ani bir məqamını qələmə aldıq. Halbuki 44 günün hər dəqiqəsi üçün 1000 səhifəlik dastan yazmaq olar, tarixi həqiqətləri yaddan çıxar­ma­maq üçün yazmağa borcluyuq.
 44 gündə ağır texnikanın, raketlərin od püs­kürən uçuşları, dronların vızıltı ilə hədəfinə tərəf uçuş səsini eşitdiksə, cəbhədən kənarda bir səssizliklə, dualı enerjilərlə bütün cəbhə boyu, Qarabağ sərhədləri boyunca asılı qaldıq. O zaman sözümüz "sözsüz” baxışlarımız oldu. 90 yaşlı bir baba 2 saatlıq karantin qaydalarına uyğun olaraq SMS-lə izn alıb bayraq almağa gedir, eyni qayda ilə analar-bacılar yemək bağla­ma­ları ilə yol kənarında gözləyir ki, cəbhəyə yola düşən maşın­larla göndərsinlər. "Ay anam-bacım, cəbhədən hər şey artıq­la­ması ilə var”- desələr də, qurban olum, a bala, bu isti çörə­yin xəmirinə dua üfürmüşəm, balalarımızı düşmən təti­yindən qoruyar”. Etiraz edəcək söz qalmırdı. Bax o sözsüz mə­qam­ları kağıza köçürüb gələcəyə ötürmək istədik. Raket  artille­riyasının zərbəsindən dağılmış evlərin altından üzü-gö­zü qana bələnmiş Bəxtiyarın gülümsər çöhrəsini unutmuruq, 5 yaşlı uşaq düşmənə gülür ki, məni öldürə bilmədin ki, am­ma atalarımız Qarabağı, işğal etdiyin yurdumu səndən alır”.
 Göndərilən məqalələrdə həm də psixoloji məqamlar qabardılıb. "İti qovan” Azərbaycan Ordusunun hü­nə­ri könlümüzün qubar hisini yudu, belimizin kədər bükümünü açdı. "Vətən simurqları”nda görüşənədək!