Biz imzaları yox, əsərləri dərc edirik...

35 illik məktublar açıldı
482
24 Yanvar 2018, 08:11
 Evlilik qorxusu ilə ruhunu yormuş, münasibət qurduğu bütün qadınlarla mənən uçuruma yuvarlanan, ikili əlaqələr yaşamış və ömrünü yalqız başa vurmuş şair Filip Larkinin 35 il həftədə iki dəfə anası Emili Larkin ilə yazışmaları, məktubları tapılıb.
 
 
 
 
 
 Məktubların hamısında oğluna evliliyin və sevginin əhəmiyyətsizliyindən, insanın şəxsi keyfiyyətlərini əlindən aldığından, istehsal gücünü zəiflətdiyindən bəhs edən Emili Larkinin yazılarının tapılması Filip Larkin yaradıcılığını araşdıranlar üçün yeni bir pəncərə olub. 
 "Guardian”ın yaydığı xəbərə görə, məktublar şairin bədii irsini araşdıran Hull Universitetinin professoru Filip Pullen tərəfindən tapılıb. Məktublaşmalar hələ şairin kitabxanaçı kimi işlədiyi illərdən başlayıb. Emili Larkin məktublarda açıq-aşkar oğluna evlənməməsi üçün mənəvi və bədii təsir göstərir. Larkinin bioqraferi Ceyms Buts artıq böyük irsin izləri olan məktubları bir araya gətirib. "Faber&Faber” nəşriyyatı ilə "Evə məktublar” ("Letters to hom”) adlı kitabın nəşri üçün müqavilə imzalanıb. Hazırda məktubların orijinal mətninin köçürülməsi prosesi gedir. Məktublarla tanış olan Buts mətbuata verdiyi açıqlamada deyib: "İncəsənət adamlarının əksəriyyəti doğmaları tərəfindən anlaşılmamaqdan, qəbul edilməməkdən şikayət edirlər. Həyatlarında nəsə əskik qalanda valideynlərini qınayır, söyürlər. Larkinin yazdığı "sizin həyatınızı elə öz ata-ananız cəhənnəmə çevirəcək” cümləsini sırf bununla əlaqələndirmişdim. Amma ona gələn məktublardan belə başa düşürəm ki, bəli, onun cəhənnəminin səbəbkarı həqiqətən də valideynləri imiş. Həftənin iki günü Evaya yazmağı azmış kimi tez-tez yanına da gedirdi. Anası onun həyatının açarı idi. Mən hələ indi görürəm ki, onun psixi vəziyyəti yerində deyilmiş”.
 
Hazırladı: Elcan Salmanqızı