Biz imzaları yox, əsərləri dərc edirik...

31 mart azərbaycanlıların soyqırımına dair "Vikipediya"-nın bölməsi özbək dilində
93
01 Aprel 2020, 13:31
 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Vikipediya" könüllüləri itərəfindən 31 mart erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırım hadisələrinə dair "Vikipediya" Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib. 

 Bölmədə azərbaycanlılara qarşı müxtəlif bölgələrdə – Bakı, Şamaxı, Quba, Lənkəran, Göyçə, Zəngəzur, İrəvan qəzalarında törədilmiş cinayətlər faktlarla öz əksini tapıb. Məlumatda qeyd olunan dövr ərzində bölgədə siyasi vəziyyət, hadisələrin cərəyanı, mətbuatda və informasiya vasitələrində soyqırıma dair məqalələr verilib. 
Layihəyə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" Metodik Mərkəzi təlim dəstəyini verir. 
 Qeyd edək ki, bir neçə müddətdir ki, hər iki mərkəzin könüllüləri arasında təlim çərçivəsində əməkdaşlığı davam edir.
 Sözügedən bölmə ilə aşağıdaki linkdə tanış olmaq mümkündür: