Biz imzaları yox, əsərləri dərc edirik...

“3 dekabr – Beynəlxalq Əlillər günü” adlı kitab sərgisi
392
03 Dekabr 2019, 17:57
 Dekabrın 3-də M.F. Axundzadə adına Milli Kitabxanada "3 dekabr – Beynəlxalq Əlillər günü” adlı geniş kitab sərgisi açılıb.
 
 

 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, dövlət tərəfindən onlara göstərilən qayğıdan, əlillərin cəmiyyətə inteqrasiya olunmasından bəhs edən Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş olunur.
 Sərgi bir həftə davam edəcək.