Biz imzaları yox, əsərləri dərc edirik...

“Kitabxana – koronavirusa yox deyir!” layihəsi davam edir
287
02 İyun 2020, 14:44
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası oxuculara virtual xidmət göstərir.
 
 

 İdarədən AZƏRTAC-a bildirilib ki, "Kitabxana – koronavirusa yox deyir!” layihəsi çərçivəsində "Evdə qal, evdə yarat” çağırışına dəstək olaraq, virtual formada öz şeirini oxuculara təqdim edən şairlərdən biri də şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin Gülarə Munisdir.
 Yaradıcılığında uşaqlara xüsusi diqqət verən şairə onlar üçün nağıllar və şeirlər yazıb. Onun Azərbaycanda ilk dəfə latın əlifbasının bütün hərfləri ilə kiçik mətnlərdən və yanıltmaclardan ibarət "Ana dilim, can dilim” adlı uşaq kitabı nəşr olunub. Şairə növbəti dəfə kiçikyaşlı oxuculara "Vaxtın qədrini bilək” şeirini təqdim edib.