Biz imzaları yox, əsərləri dərc edirik...

Musiqili Teatrda həftəsonu
323
08 Fevral 2019, 10:14
  Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 8-də "Qızıl toy”, 9-da "Mən dəyərəm min cavana”, 10-da isə "999-cu gecə” tamaşaları izləniləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
 
 

  Sənət ocağı balaca teatrsevərlərin görüşünə fevralın 9-da saat 12:00-da ana dilimizdə "Dəcəl çəpişlər”, rus dilində fevralın 8-də saat 13:00-da "Düyməcik” və fevralın 10-da saat 12:00-da təqdim olunacaq "Bir dayan, canavar!” musiqili əyləncəli nağıl tamaşaları ilə gələcək.
 
 

  Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Əzizağa Əzizov, Boris Qrafkin, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar - Məhərrəm Qurbanov, Elxan İsmayılov, Nadir Xasıyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov və digərləri çıxış edəcək.
  Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.