Biz imzaları yox, əsərləri dərc edirik...

Müslüm Maqomayevin xatirəsi anılacaq
158
23 Oktyabr 2018, 10:13
  Oktyabrın 25-də Ukraynanın Odessa şəhərində dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anım günü ilə bağlı konsert keçiriləcək.
 
 

 

  AZƏRTAC xəbər verir ki, Odessa şəhər filarmoniyasında keçiriləcək "Müslüm Maqomayevin xatirə gecəsi” adlı konsertdə Ukraynanın tanınmış müğənniləri, beynəlxalq müsabiqələrin laureatları, o cümlədən həmyerlimiz, Ukraynanın Xalq Artisti Qurban Abbasov dahi sənətkarımızın repertuarından mahnılar ifa edəcəklər.
  Oktyabr və noyabr aylarında Ukraynanın bir sıra şəhərlərində Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertlər, müsabiqələr keçiriləcək.