Biz imzaları yox, əsərləri dərc edirik...

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa
449
12 Aprel 2018, 16:50
  Doxsan illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti yeni tamaşa hazırlanır.
 
 
 

  Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın  repertuar planında təsdiq olunan "Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. Tamaşanın quruluşçu rejissoru gənc rejissor Ayla Osmanovadır.
  Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd  Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları iştirak edəcək.
  Tamaşaya ictimai baxış mayın 31-nə nəzərdə tutulub.