Biz imzaları yox, əsərləri dərc edirik...

100 ilin sirri
226
22 İyun 2018, 17:25
 İnsan oğlunun ən böyük istəyi ən azı 100 il sağlam, xoşbəxt yaşamaqdır. Səhər yeməyinizə kəsmik və yerkökünü daxil edin. İnsan bir yerdən getməyə qərar verirsə, demək, orada heç bir işi qalmayıb. Dünyadan getmək istəmirsinizsə, daim özünüzə bir məşğuliyyət tapın. İncəsənətə meyl edin. 100 yaşınız olsa belə, şeir yazın, musiqi bəstələyin, amma yaşayın.
 

 
 Həyatı pozitiv, sağlam yaşayın. Bunun üçün də mütləq idman edin. Əsəb sizi sakit yaşamağa qoymur? Mütləq şahmat oynamağı öyrənin. Bütün stressiniz yox olacaq. Gün ərzində ən azı 5 ədəd alma yeyin. Naharda şorbasız keçinməyin. Sosis və kolbasalardan tam imtina edin. Yavaş-yavaş özünüzü buz kimi soyuq duşa alışdırın. Əzələləriniz və dəriniz də gənc qalacaq. Daim yatağınızın yanında oxu kitabınız olsun. Hər oxuduğunuz yeni səhifə ömrünüzə bir il qatacaq. Ətrafınızdakılara olan hiddətinizi ürəyinizdə saxlamayın. Bu acı çuvalı elə həmin insanın çiyninə atın.
 Hazırladı: Zeynəb Əliqızı